AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda – FOTO

AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda – FOTO

Hazırda oxunan: AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda – FOTO
576561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında paylaşıb.
 

“Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi İrəvan hava limanına enib”, - deyə o qeyd edib.


Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.
 

Bu haqda “Sputnik Ermənistan” da yazıb. Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib.


Onu da xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb. (Qafqazinfo.az)

AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO