Sürücülər imtahan VERDİLƏR

Sürücülər imtahan VERDİLƏR

Hazırda oxunan: Sürücülər imtahan VERDİLƏR
576474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 21-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün elektron imtahanlar korpusunda növbəti test imtahanı keçirib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında 1492 nəfər iştirak edib və onlardan 1179-u tələb olunan şərtləri ödəyib.

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üzrə 41 nəfər imtahan verib və onlardan 22-si uğur qazanıb.
 

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 28 namizəd iştirak edib və 17 nəfər müvəffəqiyyət qazanıb.


İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 22-23-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO