Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO

Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO

Hazırda oxunan: Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO
576280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar Rayon Heydər Əliyev Mərkəzində energetiklərin peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.


Tədbiri giriş nitqi ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı münasibətilə bütün energetikləri  təbrik edib, onların ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb.
 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Alıyev və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC-nin Quba-Qusar Şəbəkə sahəsinin rəisi Rəcbər Səfərov başda rayon rəhbərliyi olmaqla, tədbirin bütün təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.


Tədbirdə çıxış edən Qusar Elektrik Şəbəkəsinin istismar üzrə mühəndisi Səfər Əhmədov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 1
Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 2
Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 3
Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 4
Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 5
Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 6
Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 7
Qusarda energetiklərin peşə bayramı qeyd edildi - FOTO - foto 8


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO