Kamran Əliyev almaniyalı həmkarı ilə görüşdü - FOTO

Kamran Əliyev almaniyalı həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: Kamran Əliyev almaniyalı həmkarı ilə görüşdü - FOTO

57625

Yanvarın 28-də Almaniyaya işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Karlsrue şəhərində almaniyalı həmkarı Peter Frankla görüşüb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğu vurğulanıb. Bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyi qeyd edilib.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Kamran Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşdü – FOTO


Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən terrorçuluqla mübarizə, qanunsuz miqrasiya, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Ölkələrimizin prokurorluq qurumları arasında əlaqələrin gücləndirilməsi və gələcəkdə daha da intensivləşdirielməsi məqsədilə əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olunub.

Görüşdə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO