Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO

Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO

Hazırda oxunan: Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO
575287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar rayonunun Hiloba kəndində II Qarabağ müharibəsi şəhidi Turac Suliddin oğlu Həmzəyevin anım mərasimi keçirilib.

Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi yad edilib.

 Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı verib, ailənin ehtiyac və qayğıları ilə maraqlanıb.
 

Qeyd edək ki, şəhid Turac Suliddin oğlu Həmzəyev 27 iyul 1998-ci ildə Qusar rayonunun Hiloba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olmuş Turac Həmzəyev 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 11-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. O, Qusar rayonunun Hiloba kəndində dəfn olunub.


Ölümündən sonra turac Həmzəyev “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 1
Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 2
Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 3
Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 4
Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 5
Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 6
Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 7
Vətən müharibəsi şəhidi Turac Həmzəyevin xatirəsi yad edildi - FOTO - foto 8

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO