Azərbaycanlılar artıq bu ölkədə əcnəbi sayılmayacaq

Azərbaycanlılar artıq bu ölkədə əcnəbi sayılmayacaq

Hazırda oxunan: Azərbaycanlılar artıq bu ölkədə əcnəbi sayılmayacaq
575189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı türkdilli dövlətlərin vətəndaşlarını bu ölkədə işləmək üçün Türkiyə vətəndaşlığını almaq məcburiyyətindən azad edən fərman qüvvəyə minib.

Bizim.Media TRT telekanalına istinadla xəbər verir ki, sənəd türk ölkələrindən olan əcnəbilərə silahlı qüvvələrdə və təhlükəsizlik orqanlarında xidmət istisna olmaqla, dövlət və özəl qurumlarda sərbəst işləmək və sənətkarlıqla məşğul olmaq imkanı verir.

Yeni qaydaya əsasən, türk ölkələrinin vətəndaşlarına iş icazələri Türkiyə qanunvericiliyinin peşəkar tələblərinə cavab vermək şərti ilə verilir. İcazələrin verilməsi barədə qərar daxili və xarici işlər nazirliklərinin rəyi nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilir.
 

İcazə alan əcnəbilərdən Türkiyə vətəndaşları ilə bərabər əsasda peşə birliklərində qeydiyyatdan keçmələri və bu birliklərin üzvlərinin bütün hüquqlarından istifadə etmələri tələb olunur. Lakin fərman onların siyasi hüquqlarını istisna edir, yəni bu kateqoriyadan olan əcnəbilər seçkilərdə iştirak edə və ya peşəkar təşkilatların rəhbər orqanlarına seçilə bilməzlər.


Fərmanın icrasına nəzarət aidiyyəti nazirliklərə həvalə edilib. Yeni qaydaların icra mexanizmi isə Türkiyə Prezidentin ayrıca sərəncamı ilə müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO