Çoxları zəncəfilin bu faydalarını bilmir

Çoxları zəncəfilin bu faydalarını bilmir

Hazırda oxunan: Çoxları zəncəfilin bu faydalarını bilmir
574956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zəncəfil əsrlərdir həm təbii dərman, həm də gündəlik qida əlavəsi kimi tanınır.

Bizim.Media xəbər verir ki, xüsusilə soyuq aylarda immuniteti gücləndirmək və bədəni viruslardan qorumaq üçün ən təsirli bitkilərdən biridir.

Zəncəfil çaya əlavə edildikdə boğaz ağrısını və öskürəyi azaldır, nəfəs yollarını təmizləyir, bədəni isidir və soyuqdəyməyə qarşı təbii qoruyucu rol oynayır.

Eyni zamanda həzm sistemini yaxşılaşdırır, mədə bulanmasını aradan qaldırır, gərginliyi azaldır və enerjini artırır.
 

Zəncəfili suya qataraq içmək də bədən üçün çox faydalıdır. Belə halda maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir, qanın təmizlənməsini və dövranın yaxşılaşmasını təmin edir. Dərinin parlaqlığını artırır, toksinlərin orqanizmdən atılmasına yardım edir, həmçinin qan şəkərini tənzimləyərək ürək-damar sağlamlığını qoruyur.


Mütəxəssislər zəncəfili gündəlik rasiona az miqdarda daxil etməyi, xüsusilə səhər saatlarında isti su və ya çayla qəbul etməyi məsləhət görürlər. İstər çayda, istər suda istifadə olunsun, zəncəfil orqanizm üçün təbii enerji və sağlamlıq mənbəyidir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO