Azərbaycana bir sıra ölkələrdən malların idxalına məhdudiyyət QOYULDU

Azərbaycana bir sıra ölkələrdən malların idxalına məhdudiyyət QOYULDU

Hazırda oxunan: Azərbaycana bir sıra ölkələrdən malların idxalına məhdudiyyət QOYULDU
574446
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniya Krallığının Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniya Federativ Respublikasının Türingiya vilayətində, İran İslam Respublikasının Ərdəbil əyalətində, Bolqarıstan Respublikasının Haskovo vilayətində, Danimarka Krallığının Cənubi Danimarka regionunda, Niderland Krallığının Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
 

Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.


Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO