Azərbaycan və Slovakiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanları MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycan və Slovakiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanları MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və Slovakiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanları MÜZAKİRƏ EDİLDİ - FOTO
574290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Slovakiya nəqliyyat, energetika və rəqəmsal xidmətlər kimi kritik infrastruktur sahələrində kibertəhlükəsizlik üzrə mövcud fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media xəbər verir ki, müzakirələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Slovakiya Respublikasının Kritik İnfrastruktur Assosiasiyasının prezidenti Tibor Strakanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə məlumat verib.

O qeyd edib ki, 2023-cü ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası" çərçivəsində bir sıra sistemli tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
 

Görüş zamanı kibertəhlükəsizlik sahəsində, xüsusilə nəqliyyat və telekommunikasiya sektorları üzrə əməkdaşlıq imkanları, həmçinin dövlət və özəl sektorlar arasında təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.


Eyni zamanda ölkələrimiz arasında gələcək əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO