Rusiyanın məşhur verilişi “Şahdağ”da - VİDEO

Rusiyanın məşhur verilişi “Şahdağ”da - VİDEO

Hazırda oxunan: Rusiyanın məşhur verilişi “Şahdağ”da - VİDEO
55826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Непутевые заметки” verilişinin bu dəfəki buraxılışında Bakı və “Şahdağ” Turizm Mərkəzi haqqında geniş məlumat verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə hazırlanan verilişdə paytaxtın möhtəşəm memarlığı, özüməməxsus gözəlliyi, yeni il ərəfəsində mərkəzi Nizami küçəsində təşkil olunan xeyriyyə yarmarkası və paytaxt sakinlərinin qonaqpərvərliyindən bəhs olunub.  

Verilişdə, həmçinin “Şahdağ” Turizm Mərkəzi, burada turistlərə təklif olunan xizəksürmə, dağda gəzinti, paraplan uçuşları və s. kimi əyləncə növləri, hotellər,  eləcə də yaxınlıqda yerləşən və təbiəti ilə turistlərin diqqətini cəlb edən Ləzə kəndi və sakinləri haqqında ətraflı məlumat verilib. 
1996-cı ildən Rusiyanın müxtəlif televiziya kanallarında Dmitriy Krılovun aparıcılığı ilə yayımlanan verilişdə bütövlükdə ölkənin zəngin mədəniyyət və tarixə malik olduğu, səyahət edənlərin unudulmaz təəssüratlarla geri döndüyü xüsusi vurğulanıb.


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO