5 nömrəli Kliniki Doğum Evində yeni baş həkim – TƏYİNAT

5 nömrəli Kliniki Doğum Evində yeni baş həkim – TƏYİNAT

Hazırda oxunan: 5 nömrəli Kliniki Doğum Evində yeni baş həkim – TƏYİNAT
55302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.

Bu barədə Bizim.Media-ya KTM-dən məlumat verilib.

Mərkəzin direktoru Könül Ələkbərovun əmrinə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin yeni baş həkimi təyin edilib.

Qeyd edək ki, Vəfa Hüseynzadə bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

V.Hüseynzadə 17 may 1978-ci ildə Şəmkir rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə ETMGİ-də internatura kursu keçib. 2002-ci ildə orada həkim, anestezioloq-reanimatoloq kimi işə başlayıb, 2003-cü ildən 2021-ci ilin yanvar ayına qədər elmi və böyük elmi işçi, eyni zamanda praktik cərrah, mama-ginekoloq kimi fəaliyyət göstərib.

V.Hüseyzadə 2009-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru adını alıb.

Otuzdan çox məqalə və tezislərdə müəllif və həmmüəllif kimi iştirak edib. Dünyanın bir çox ölkələrində beynəlxalq nüfuzlu konfrans və konqreslərdə məruzəçi kimi çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO