“Müharibə veteranı” adı alanlara ayda 80 manat veriləcək

“Müharibə veteranı” adı alanlara ayda 80 manat veriləcək

Hazırda oxunan: “Müharibə veteranı” adı alanlara ayda 80 manat veriləcək
53115
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.

Ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən Müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.

“Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək.

Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyəti qurumlar tərəfindən müəyyən ediləcək və Nazirlər Kabineti ilə razılaşdırılacaq.

Sərəncama əsasən, aidiyyəti qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı  və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək.

Nazirlik  “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO