Moskvadan Füzuliyə aviareys AÇILDI – Həftədə 2 dəfə - VİDEO

Moskvadan Füzuliyə aviareys AÇILDI – Həftədə 2 dəfə - VİDEO

Hazırda oxunan: Moskvadan Füzuliyə aviareys AÇILDI – Həftədə 2 dəfə - VİDEO

0:00
0:00
51535

“Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi üç aviaşirkətə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 reys həyata keçirməyə icazə verib.

Bizim.Media “Sputnik Azərbaycan” nəşrinə istinadən xəbər verir ki, iclasın yekunları üzrə “Azur Air”, “Şimal küləyi”, “IrAero” aviaşirkətlərinə Azərbaycana uçuşlara icazə verilməsi qərara alınıb.

Federal Hava Nəqliyyatı Agentliyinin qərarı ilə “İrAero” aviaşirkəti həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reyslərinin yerinə yetirilməsinə icazə alıb.

Bundan əlavə, “Azur Air” Rusiyanın dörd şəhərindən Bakıya uçuşlar həyata keçirməyə icazə alıb: Samara, Rostov-na-Donu, Krasnodar, Kazan (hər biri həftədə iki dəfə olmaqla).

“Şimal küləyi” aviaşirkəti həftədə 7 dəfə olmaqla Soçi-Bakı reysini yerinə yetirməyə icazə alıb.

Füzuli hava limanında ilk uçuşlar 2021-ci il sentyabrın 5-dən başlayıb. Oktyabrın 15-də Azərbaycanın Baş Naziri Əli Əsədov Füzuli şəhərinin hava limanına beynəlxalq statusun verilməsi haqqında sərəncam imzalayıb. 

Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə hava limanının rəsmi açılışı olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO