Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu genişləndirilir – FOTO-VİDEO

Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu genişləndirilir – FOTO-VİDEO

Hazırda oxunan: Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu genişləndirilir – FOTO-VİDEO

0:00
0:00
50611

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunu genişləndirir.

Bu barədə Bizim.Media-ya Agentlikdən bildirilib.

Məlumata görə, avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.

Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.

Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO