Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi - FOTO

Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi - FOTO

Hazırda oxunan: Daha bir qrup qazi 4-cü nəsil elektron protezlə təmin edildi - FOTO
48603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində daha bir qrup Vətən müharibəsi qazisi yüksək texnologiyalı protezlərlə təmin edilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, aşağı və yuxarı ətrafları amputasiya olunmuş qazilərimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezləşməyə hazırlıq mərhələsi keçiblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu il 164 qazi ən müasir elektron protezlə təmin edildi


Bu mərhələnin yekunu olaraq onlara yüksək texnologiyalı, ən müasir 4-cü nəsil elektron protezlə təminatı həyata keçirilib.

İndiyədək 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.

Onlardan 149-u aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.
 

İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.


Digər 15 nəfər isə yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsi ilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO