Dövlət Xidmətinin keçmiş rəisinə qarşı 5 milyonluq İDDİA  

Dövlət Xidmətinin keçmiş rəisinə qarşı 5 milyonluq İDDİA  

Hazırda oxunan: Dövlət Xidmətinin keçmiş rəisinə qarşı 5 milyonluq İDDİA  

44645

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Bizim.Media xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dəymiş ziyanla bağlı mülki iddia qaldırıb. 
 

Mülki iddiada qeyd edilib ki, 5 milyon 327 min 900 manat ziyan təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 


Təqsirləndirilən şəxsin vəkilləri isə mülki iddiaya etiraz edərək dəymiş ziyanın ödənildiyini bildiriblər. 

Daha sonra müdafiəçilər vəsatətlə çıxış etmək üçün məhkəmədən vaxt istəyiblər. 

Proses noyabrın 18-də davam etdiriləcək. 
 

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb.


Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO