“Xalq evlərinin tikilməsinə ehtiyac var”

“Xalq evlərinin tikilməsinə ehtiyac var”

Hazırda oxunan: “Xalq evlərinin tikilməsinə ehtiyac var”

40163

Millət vəkili Əli Məsimli saytımıza müsahibəsində Azərbaycanda xalq evlərinin inşasının və bu evlərin ayda 50-60 manat məbləğində insnaların istifadəsinə verərək bəlli bir müddətdən sonra vətəndaşları mənzil sahibinə çevirməyin mümkünlüyünü vurğulayıb. 

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bu layihənin reallaşmasına həqiqətən də ciddi ehtiyac duyulduğunu vurğuladı: “Büdcə müzakirəsində  də, ondan sonra da, ipoteka krediti və s. məsələlərə topxunmuşuq. O cümlədən, əhalinin evə olan tələbatını nəzərə alaraq müəyyən modellərin üzərində işlənməyin zəruriliyi ilə bağlı Əli müəllim də, mən də öz fikirlərimizi ortaya qoymuşuq. Xalq evlərinin tikilməsinə çox böyük ehtiyac var. Bu təcrübə xaricdə öz əksini daha çox tapıb. Reallıq bundna ibarətdir ki, ipoteka krediti ilə hər kəs ev ala bilmir. Ilkin ödənişlə bağlı sərt şərtlər mövcuddur. Bu məsələ ilə bağlı dövlət büdcəsindən ayrılan məbləğ aşağıdır. Buna görə də çox adam bu imkandan yararlana bilmir. Odur ki, xalq evlərinin tikilməsinə ehtiyac böyükdür. Bu baxımdan Əli müəllimin fikirini təqdir edir və alqışlayıram”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO