“Neftçi”nin sabiq futbolçusu dünyasını dəyişib

“Neftçi”nin sabiq futbolçusu dünyasını dəyişib

Hazırda oxunan: “Neftçi”nin sabiq futbolçusu dünyasını dəyişib

39436
Azərbaycan futboluna böyük itki üz verib. Moderator.az-ın məlumatına görə, SSRİ dövründə “Neftçi”nin heyətində çıxış etmiş Bəxtiyar Qulamov 64 yaşında dünyasını dəyişib.

1949-cu ildə anadan olan futbol veteranı 1972-1978-ci illər ərzində “ağ-qaralar”ın formasını geyinib. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan Qulamov Bakı klubunun heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib.

SSRİ idman ustası adına layiq görülmüş futbolçu, karyerasını başa vurandan sonra da sevimli peşəsindən ayrılmayıb. Daim öz fəaliyyəti ilə Azərbaycan futboluna xidmət etmiş mütəxəssis eyni zamanda məşqçi kimi də çalışıb. Allah rəhmət eləsin!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO