Baş nazir komissiyanın tərkibini dəyişdi

Baş nazir komissiyanın tərkibini dəyişdi

Hazırda oxunan: Baş nazir komissiyanın tərkibini dəyişdi
3934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 11 nəfərdən ibarət yeni tərkibdə təsdiq edilib.

Komissiyanın sədri Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri - Azərbaycan Respublikasının təhsil naziri, Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikasının mədəniyyət naziri, Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, “Regional İnkişaf” İctimai Birliyinin sədri.

Beləliklə, “Regional İnkişaf” İctimai Birliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib, Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri isə Komissiyanın üzvlüyündən çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO