Azərbaycana bu ölkələrdən quş əti gətirilməsinə məhdudiyyət qoyuldu - SƏBƏB  

Azərbaycana bu ölkələrdən quş əti gətirilməsinə məhdudiyyət qoyuldu - SƏBƏB  

Hazırda oxunan: Azərbaycana bu ölkələrdən quş əti gətirilməsinə məhdudiyyət qoyuldu - SƏBƏB  
37330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. 

AQTA-dan bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Polşa Respublikasının Malopolski (Małopolskie) vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski (Mazowieckie) vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski (Warmińsko-Mazurskie) vilayətinin Olsztyn, Velikopolski (Wielkopolskie) vilayətinin Szamotuły, Kalisz, Opolski (Opolskie) vilayətinin Krapkowice, Prudnik rayonlarında baş vermiş yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqları mövcuddur, həmçinin Pakistan İslam Respublikasının Pəncab (Punjab) regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. 

"Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. 

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikasından və Pakistan İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO