Azərbaycanda qanunsuz balıq ovlayanlar saxlanılıb - RƏSMİ

Azərbaycanda qanunsuz balıq ovlayanlar saxlanılıb - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda qanunsuz balıq ovlayanlar saxlanılıb - RƏSMİ
35960
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında, Mingəçevir su anbarında, Araz və Xaçın çaylarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Ramal Səfərov, Samux rayon sakini Ruslan Quliyev, Yevlax rayon sakini Zamin Həşimov, İmişli rayon sakini Səhliyal Fətullayev olduğu müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Cərəyanla balıq ovlayan şəxs tutuldu


​​​​​​​Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakini Zaur Tuayev və Sumqayıt şəhər sakini Fikrət Xalıqov da saxlanılaraq cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO