Ənənəvi təhsilə QƏRAR VERİLDİ - Emin Əmrullayev  

Hazırda oxunan: Ənənəvi təhsilə QƏRAR VERİLDİ - Emin Əmrullayev  

35907

“Uzunmüddətli fasilədən sonra Azərbaycan təhsili nəhayət ki, ənənəvi təhsilə qayıdır”.  

Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə ənənəvi təhsil mərhələrlə həyata keçəcək: 

“22 sentyabr tarixindən 1-ci və  4- cü siniflər, 29 sentyabrdan 5-ci və 11-ci siniflərdə, o cümlədən həmin tarixdən etibarən ali təhsil və orta ixtisas təhsil müəssisələri ənənəvi təhsilə qayıdırlar.  
 

MÖVZU İLƏ BAĞLI:

Peyvənd olunmayan tələbələrin aqibəti necə OLACAQ? - Emin Əmrullayev  


Ümumilikdə həftədə vərdiş etdiyimiz 5 dəfə, bəzən həftədə 6 dəfə üzbəüz təhsil həyata keçiriləcək. Əyani təhsilə keçidə xüsusi şərtlərlə olacaq”.

Qeyd edək ki, yeni tədris ilinin başlanmasına bir həftə vaxt qalıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO