Sabahdan Azərbaycanda hava yenidən mülayimləşəcək, temperatur yüksələcək

Sabahdan Azərbaycanda hava yenidən mülayimləşəcək, temperatur yüksələcək

Hazırda oxunan: Sabahdan Azərbaycanda hava yenidən mülayimləşəcək, temperatur yüksələcək

35656

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a  verilən məlumata görə, Azərbaycanda havanın temperaturunun enməsi bu gün əsasən günorta saatlarında müşahidə ediləcək. Oktyabrın 25-26-da isə hava şəraiti yenidən sabit və yağmursuz olacaq.

Havanın temperaturu oktyabrın 24-ü ilə müqayisədə temperatur yenidən bir necə dərəcə yüksələcək.

Həmin günlərdə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15-20, Aran rayonlarında 19-24, dağlarda 10-15 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Oktyabrın 25-26-da atmosfer təzyiqinin kəskin aşağı enəcəyi proqnozlaşdırılır ki, bu da meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olacaq.

Qeyd edək ki, oktyabrın 24-də gündüz Bakıda və Abşeron yarımadasında havanın temperaturu 8-13, rayonlarda 14-19 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO