Dövlət Komitəsi ailələrə ÇAĞIRIŞ ETDİ

Hazırda oxunan: Dövlət Komitəsi ailələrə ÇAĞIRIŞ ETDİ

35448

“Narkomaniya məsələsi yalnız Komitənin fəaliyyət sferasına aid deyil. Bütün dövlət orqanları bu prosesə cəlb olunub. Çox təəssüf ki, son dövrlər bu sahədə artan statistika bizi narahat edir”.

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Murdova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bunun da müxtəlif səbəbləri var:

“Həm narkotik satıcıları, həm də istifadəçiləri ilə bağlı ciddi tədbirlər görülür. Ailələlər öz övladlarına qarşı ciddi diqqət yetirməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Bahar Muradova: "Bu il ailədaxili zorakılıq faktları haqqında 212 məlumat daxil olub"


Onlar həm ailədəki mühitin sağlam olmasına, həm də övladlarının əhatə dairəsinə diqqət etməlidirlər.

İnternetdə üzləşdiyimiz təhlükələr də ciddi rol oynayır. Hər bir ailəyə çağırış edirəm ki, öz övladlarına qarşı diqqətli olsunlar.

Bəzi ailələrdə valideynlərin hər ikisi narkotik asılılığındadır, uşaqlar o ailədə qala bilməz. Onları sığınacaqlara yerləşdiririk.

Yaxın qohumların içində qəyyum olmaq imkanı varsa, onlara verilir, yoxdursa, dövlətin himayəsində qalır. Düşünürəm elə valideynlərin himayəsində qalmaqdansa, dövlətin himayəsində qalmaq daha yaxşıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO