Erməni əsgər əsir düşməsindən danışdı  -VİDEO

Erməni əsgər əsir düşməsindən danışdı -VİDEO

Hazırda oxunan: Erməni əsgər əsir düşməsindən danışdı -VİDEO

31945

Bir neçə gün əvvəl qoşunların təmas xəttində Azərbaycan ordusunun nəzarətində olan hissəyə keçərkən əsir götürülmüş erməni hərbçi Akop İnciqulyan ilk dəfə olaraq ANS-ə müsahibə verib. O hansı şəraitdə əsir düşməsindən danışıb. 
“Yemək yeyib, içki içirdik uşaqlarla. Tağım komandiri axşama yaxın məcburən məni, su dalıyca göndərməyə əmr verdi. Məndə dedim ki, bir az yorulmuşam istirahət edim, sonra gedərəm. O isə mənə dedi ki, sən kimsən ki, sözümü yerinə yetirməyəsən? Təpiklə gözümə vurdu və aramızda dava düşdü. Bu səbəbdən də məcbur oldum bura, könüllü şəkildə Azərbaycan tərəfinə keçməyə”, - deyə erməni əsir bildirib. 
Xatırladaq ki, Akop İnciqulyan avqustun 8-də gecə saat 23:00 radələrində Azərbaycan tərəfinə keçərək əsir düşmüşdü. Erməni əsgəri azərbaycanlı çobanlar yaxalayıb. Əsgərin üzərində sənəd aşkar olunmayıb. Çobanların sözlərinə görə, erməni əsgəri əslən Əsgəran rayonundan olub. O, 2 ildir xidmət etdiyini deyib. Onun əl-qolunun bağlayan çobanlar, dərhal polis və hərbçilərə məlumat verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO