50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO

50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO

Hazırda oxunan: 50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO
31898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun İnçə, Ləkçıplaq, Kürdəmiş və Bığır kəndləri ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən toy məclislərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin qaydalarını pozan toy sahibləri Qənimət Cavadova, Əlikram Həmidov, Firiddun Kərimov, Məhəmməd Məmmədov və Aydın Qədirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

Bizim.Media

50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO - foto 1
50-dən çox qonaq dəvət edən toy sahibləri cərimələndi - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO