"Məni ANS-in “əxlaq gözətçiləri”nin internetdəki açıqlamaları maraqlandırmır" - CAVAB

Hazırda oxunan: "Məni ANS-in “əxlaq gözətçiləri”nin internetdəki açıqlamaları maraqlandırmır" - CAVAB

30612

Bir neçə gündür açıq-saçıq fotoları ilə gündəmə gələn ANS telekanalının keçmiş aparıcısı Umnisə Hacıyeva açıqlama verib. Moderator.az1news.az saytına verdiyi müsahibəni təqdim edir:

“Şəkillər yayılan ərəfədə heç nədən xəbərim olmayıb. Ad günümü qeyd edirdim, “Facebook” səhifəmə ismarışlar gəlirdi. Heç birini oxumurdum, düşünürdüm ki, hamısı spamdır. Yeganə oxuduğum ismarış rejissor Aqil M.Quliyevin “Mən sənə dəstək oluram” sözləri idi. Göndərdiyi linkə baxanda nə baş verdiyini başa düşdüm.

Şəkillərimin mediada yayılmasına pis olmadım, məni onun hansı formada oxucuya çatdırılması narahat etdi. İlk növbədə ailəmi düşündüm. İstəmirəm ki, ailəm yazılan şərhləri oxusun. Məni ANS-in “əxlaq gözətçiləri”nin internetdəki açıqlamaları maraqlandırmır. Öz həyatımı yaşayıram, heç kimin işinə qarışmıram. Kompleksləri olmayan biriyəm, sakit yaşamağı sevirəm. Məni üzən tək şey, bütün bu təhqirləri qızların yazmasıdır. Onlar ya mənim bu cür yaşamağıma paxıllıq edirlər, ya da işləri-gücləri yoxdur. Mən Azərbaycanda yaşayıram, amma içimdə “kiçik Avropa” var. Olduğum kimi davranmağı xoşlayıram”.

“Umka” ləqəbi ilə tanınan aparıcı yaxın günlərdə çimərlik geyimində yeni fotosessiya edəcəyini deyib:

“Əvvəlcə xəbəri yayan saytı məhkəməyə vermək istədim, amma sonra fikrimdən daşındım. Mən işdən öz istəyimlə çıxdım, Kiprə istirahətə yollandım. Yerimə başqa bir aparıcını məsləhət gördüm. Kiprdə olan zaman ANS-dən zəng vurub, geri qayıtmağımı istədilər. Əgər işdən qovulsaydım, gözətçi qapıdan içəri buraxmazdı. Məni istirahətə göndərdiklərini dedilər. İndi isə işdən çıxardıqlarını bəyan ediblər. Hər kəs öz həyatına, yaşayışına fikir versin. Başqasının işinə qarışmasın. Görəsən, nə etmişəm ki, ANS rəhbərliyi məni mentalitetə uyğun olmayan formada davranmaqda günahlandırır? Çimərlik geyimində şəkil çəkdirib, İnstaqramda paylaşmışam. Burada pis nə var ki?”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO