Gənc fəal həbsxanada özünü “əməliyyat” edib - ŞOK

Gənc fəal həbsxanada özünü “əməliyyat” edib - ŞOK

Hazırda oxunan: Gənc fəal həbsxanada özünü “əməliyyat” edib - ŞOK

30504

“Azad Gənclik” Hərəkatının fəalı İlkin Rüstəmzadənin səhhəti kəskin şəkildə pisləşib. İ. Rüstəmzadənin vəkIli Nemət Kərimlinin verdiyi məlumata görə, son bir həftə ərzində İ. Rüstəmzadənin onurğasının üstündə yaranan irinli yara ona əziyyət verirdi: “Bu gün vəkil Xalid Bağırov Kürdəxanı İstintaq Təcridxanasında İlkinlə görüşüb. Dünən axşam saatlarında İlkinin onurğasının üstündə olan irinli kista dözülməz ağrılar verib. Ağrıların qarşısını almaq üçün İlkin yaranı dırnağı ilə yaranı yararaq çırkı çıxarmalı olub”.

N. Kərimli bildirdi ki, Pentensiar Xidmətinin Baş Tibb İdarəsinə gedir: “Hazırda idarəyə gedirəm. Tələb edirik ki, İlkini təcili olaraq Müalicə Müəssisəsinə köçürsünlər. Əks halda baş verəcək fəsadlara görə Pentensiar Xidmət məsuliyyət daşıyacaq”.

Qeyd edək ki, İ. Rüstəmzadənin onurğasında problemlərin olduğunu kürdəxanı İstintaq Təcridxanasının həkimləridə təsdiq edib. Həkimlər bildiriblər ki, İ. Rüstəmzadə təcilli əməliyyat olunmalıdır. Lakin Müalicə Müəsisəsinə həfətinin yalnız 4-cü günləri etap olunduğunu bəhanə edən təcridxana rəhbərliyi İ. Rüstəmzadənin müalicəsinə əngəl yaradır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO