Deputat Fazil Mustafa “Yeni Müsavat” qəzetinə verdiyi son açıqlamasında bəzi məmurların ürəklərinin Rusiya ilə döyündüyünü iddia edib.
Maraqlıdır, görəsən ürəkləri “Kreml saatı ilə vuran” azərbaycanlı məmurlar kimdir? Moderator.az-ın bu sualını cavablandıran politoloq Cümşüd Nuriyev deputatla həmfikir olduğunu bildirdi:
“Bu gün deputatlar arasında da yetərincə rusdilli millət vəkilləri var. Bundan əlavə biz gözəl bilirik ki, ölkənin baş naziri Azərbaycan dilini hələ də öyrənə bilməyib. Xarici işlər nazirinin də Azərbaycan dili ilə bağlı ciddi problemləri var. Bu şəxslər öz dilinə marağı olmayan şəxslərdir. Bundan əlavə Azərbaycan dilini çox gözəl bilən, lakin ürəyi Rusiya ilə döyünən məmurlarımız da yetərincədir”.
Xəyal Əzizov








































































































