Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer bəlli oldu

Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer bəlli oldu

Hazırda oxunan: Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer bəlli oldu
30296
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya şöhrətli vokalçı Müslüm Maqomayevin və görkəmli bəstəkar Tofiq Quliyevin Bakı şəhərində heykəllərinin qoyulacağı yer müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər iki sənətkarın abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

“Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” ölkə başçısının 12 mart 2020-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan heykəlin Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucaldılması nəzərdə tutulur.

Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Hazırda heykəlin son tamamlama işləri aparılır.

“Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Prezidentinin 20 may 2021-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO