İctimai nəqliyyatda gedişhaqqı ARTDI – Bəs keyfiyyət necə DƏYİŞƏCƏK?

İctimai nəqliyyatda gedişhaqqı ARTDI – Bəs keyfiyyət necə DƏYİŞƏCƏK?

Hazırda oxunan: İctimai nəqliyyatda gedişhaqqı ARTDI – Bəs keyfiyyət necə DƏYİŞƏCƏK?
273238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.

Belə ki, metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.

Bəs bu qiymət artımı keyfiyyətə uyğundurmu?

Bizim.Media-ya danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qiymət artan kimi keyfiyyətin artacağını gözləmək real deyil:

“Bu qiymət artımından operativ şəkildə nəyinsə dəyişəcəyini gözləmək düzgün deyil. Çünki bu artım daşıyıcılara dəstək məqsədilə edilib. Qiymət artan kimi keyfiyyətin artacağını gözləmək real deyil. Ötən qiymət artımından sonra yeni avtobuslar gətirildi, ictimai nəqliyyatda dəyişikliklər göründü. Daşıyıcı şirkətlər müəyyən qədər qazanc əldə etdi. Budəfəki qiymət artımından sonra da daşıyıcı şirkətlər özlərini inkişaf etdirə biləcəklər.

Əslində 10 qəpiklik artımla fantastik inkişaf gözləmirik. Amma bu da bir dəstəkdir. İctimai nəqliyyatın mərhələli şəkildə həlli gözlənilir. Bu, əsas prioritet olaraq dövlət proqramında da nəzərdə tutulub. Ümid edirik ki, atılan addımlar bu istiqamətdə müsbət təsir göstərəcək. Bu da təbii ki qısa zamanda olmayacaq”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO