Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto

Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto

Hazırda oxunan: Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto
271917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs tutulub.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov “Qafqazinfo.az”a bildirib ki, vətəndaşın azyaşlı övladının xəstəlik vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO