Qubadakı qəzada sürücünün 13 yaşlı qızı həyatını itirdi - TƏFƏRRÜAT

Qubadakı qəzada sürücünün 13 yaşlı qızı həyatını itirdi - TƏFƏRRÜAT

Hazırda oxunan: Qubadakı qəzada sürücünün 13 yaşlı qızı həyatını itirdi - TƏFƏRRÜAT
271327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Bakı-Quba yolunun Qubanın Mirzəqışlaq kəndindən keçən  hissəsində dəhşətli qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 

Belə ki, Qubanın Küçeyi kənd sakini, 30 yaşlı Təbriz Akif oğlu Qürbətovun idarə etdiyi Kia markalı avtomaşınla həmkəndlisi, 50 yaşlı Salman Zümür oğlu Əmirovun idarə etdiyi Vaz-2109 markalı avtomaşın toqquşub.


Nəticədə sürücü Salman Əmirovun 13 yaşlı qızı Aytən Əmirova hadisə yerində həyatını itirib. Sürücünün özü isə müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktı Quba rayon polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO