Özünü “Azərsu”yun işçisi kimi təqdim etdi, ifşa olununca qaçdı

Özünü “Azərsu”yun işçisi kimi təqdim etdi, ifşa olununca qaçdı

Hazırda oxunan: Özünü “Azərsu”yun işçisi kimi təqdim etdi, ifşa olununca qaçdı
27058
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nəsimi rayonu ərazisində özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa olunub.

Bizim.Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Məlumata görə, hələlik kimliyi müəyyənləşdirilməyən bu şəxs özü üçün saxta vəsiqə düzəldərək vətəndaşlardan sayğac quraşdırılması, debitor borca görə suyun kəsilməməsi müqabilində pul tələb edib.

İyunun 29-da “Azərsu”yun çilingəri Ağaş Nəsirov ərazidə olarkən təsadüfən həmin şəxsin abonentlərin birindən sayğac quraşdırmaq adı ilə pul tələb etdiyinin şahidi olub və ondan vəsiqə tələb edib. Saxta əməlinin üstünün açıldığını görən həmin şəxs əməkdaşımıza fiziki güc tətbiq edərək ərazidən uzaqlaşmağa cəhd göstərib və bu zaman əlindəki qovluğu yerə ataraq qaçıb.

Vətəndaşlara özünü Səbuhi kimi təqdim edən şəxsə məxsus qovluqda ad və soyad qeyd olunmayan saxta vəsiqə, “Azərsu”, “Azərişıq” ASC və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin bidirişləri, 2 ədəd qeyd kitabı, abonentlərdən sayğac quraşdırılmasından imtinaya dair ərizələr və müxtəlif siyahılar aşkarlanıb. “Azərsu”yun Hüquq Departamenti aşkar olunmuş hal üzrə faktları və sənədləri araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edib.

“Azərsu” istehlakçıların diqqətinə çatdırır ki, əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qery-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər. Abunəçilərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər", - deyə qurum bəyan edib.

Bizim.Media

Özünü “Azərsu”yun işçisi kimi təqdim etdi, ifşa olununca qaçdı - foto 1
Özünü “Azərsu”yun işçisi kimi təqdim etdi, ifşa olununca qaçdı - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO