Bakıda azyaşlı bağçada zorakılığa məruz qaldı - DİN araşdırmalara BAŞLADI – FOTO-VİDEO

Bakıda azyaşlı bağçada zorakılığa məruz qaldı - DİN araşdırmalara BAŞLADI – FOTO-VİDEO

Hazırda oxunan: Bakıda azyaşlı bağçada zorakılığa məruz qaldı - DİN araşdırmalara BAŞLADI – FOTO-VİDEO
269815
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nəsimi rayonunda yerləşən "Barama" adlı uşaq bağçasında azyaşlının şiddətə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov oxu.az-a bildirib ki, sentyabr ayının 2-də Bakının Nəsimi rayonunda yerləşən bağçaların birində uşağa qarşı kobud rəftar edilməsi ilə bağlı polisə məlumat daxil olub: "Məsələ ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır".

Qeyd edək ki, Bakının Nəsimi rayonunda yerləşən uşaq bağçasında dayə uşaqlardan birinə qarşı kobud rəftar edib. Bu barədə uşağın valideyni Aysel Geibi Mokarrami Baku.ws-in "qaynar xətti"nə şikayət edib.

Onun sözlərinə görə, Hüseynbala Əliyev küçəsi, 21A ünvanında yerləşən "Barama" adlı uşaq bağçasında övladı A.G.M. Fatimə adlı dayə tərəfindən şiddətə məruz qalıb.

"Dayə uşağın boğazından tutub və qaldırıb. Uşağın boğazında və qollarında cızıq izləri var. Bu barədə hüquq-mühafizə orqanlarına bildirmişik. Ekspert rəyini isə bu gün hazır ediblər. İstəyirəm ki, övladıma bunu edən cəzalandırılsın", - deyə Aysel Geibi Mokarrami bildirib.

Xatırladaq ki, Bakıda yerləşən "Predu" uşaq bağçasında da tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

Bakıda azyaşlı bağçada zorakılığa məruz qaldı - DİN araşdırmalara BAŞLADI – FOTO-VİDEO - foto 1
Bakıda azyaşlı bağçada zorakılığa məruz qaldı - DİN araşdırmalara BAŞLADI – FOTO-VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO