Qaragilə allergiya riskini AZALDIR

Qaragilə allergiya riskini AZALDIR

Hazırda oxunan: Qaragilə allergiya riskini AZALDIR
268413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Nutrients" jurnalında dərc olunmuş yeni araşdırmaya görə, körpəlik dövründən qaragilə qəbul edən uşaqlarda allergik simptomlar daha az müşahidə olunub və immun balansları daha yüksək olub.

Bizim.Media xəbər verir ki, Sidney Universitetinin alimlərinin apardığı tədqiqatda 3-4 aylıq sağlam, ancaq ana südü ilə qidalanan 60 körpə iştirak edib.

Onlar iki qrupa bölünüb: biri gündəlik 10 qramlıq qaragilə tozu, digəri isə eyni kalorili, dad və rəng baxımından oxşar plasebo alıb. Maraqlıdır ki, araşdırmanın əvvəlində qaragilə qəbul edən qrupda bəzi tənəffüs problem simptomları müşahidə olunub plasebo qrupunda isə belə hallar olmayıb.

Araşdırmanın gedişində analizlər göstərib ki, qaragilə alan qrupda respirator və ümumi allergik simptomlarda müsbət dəyişikliklər olub. 4 uşaqda tənəffüs simptomları tamamilə aradan qalxıb və müşahidə dövründə plasebo qrupuna nisbətən daha az yeni simptom yaranıb.

Bundan əlavə, bu qrupda immunitetlə bağlı müsbət dəyişikliklər və sağlam bağırsaq mikrobiotası müşahidə edilib. Alimlər bildirib ki, qaragilə körpələrin immun sisteminin formalaşmasında və allergiyaların qarşısının alınmasında mühüm rol oynayır. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO