Bir gündə 3 körpə təcili tibbi yardım maşınında DOĞULDU - FOTO

Bir gündə 3 körpə təcili tibbi yardım maşınında DOĞULDU - FOTO

Hazırda oxunan: Bir gündə 3 körpə təcili tibbi yardım maşınında DOĞULDU - FOTO
267177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir gündə üç doğuş prosesi təcili tibbi yardım avtomobilində icra olunub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 25.08.2025-ci il tarixində saat 23:50 radələrində Bakı şəhərinin Sabunçu rayonundan, 26.08.2025-ci il tarixində saat 02:50 radələrində Xəzər rayonundan, 26.08.2025-ci il tarixində saat 06:00 radələrində isə Quba rayonunun Qalayxudat kəndi ərazisindən doğuş prosesi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hər üç ünvana təcili tibbi yardım briqadası cəlb olunub və tibb müəssisələrinə hospitalizasiya zamanı hamilələrin doğuş prosesi başlayıb.

Həkim briqadaları tərəfindən operativ və peşəkar tibbi müdaxilə ilə, doğuş prosesi elə təcili tibbi yardım avtomobillərində qüsursuz şəkildə idarə olunub.
 

Təcili tibbi yardım briqadaları tərəfindən 2 zahı qadın və yenidoğulmuşları Sabunçu Tibb Mərkəzinin Doğum şöbəsinə, 1 zahı qadın və yenidoğulmuşu isə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Perinatal Mərkəzə hospitalizasiya olunublar.


Hazırda müvafiq şöbələrdə anaların və körpələrin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Bir gündə 3 körpə təcili tibbi yardım maşınında DOĞULDU - FOTO - foto 1
Bir gündə 3 körpə təcili tibbi yardım maşınında DOĞULDU - FOTO - foto 2
Bir gündə 3 körpə təcili tibbi yardım maşınında DOĞULDU - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO