Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO

Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO

Hazırda oxunan: Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO
267004
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Füzulidə iki ay öncə kanalda batan yeniyətmənin axtarışlarını davam etdirmək üçün Baş Mil kanalının suyu qurudulub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə baş verən gündən kanal boyunca 20 gün axtarış aparılsa da, dərin tunel hissəsində suyun çoxluğu səbəbindən orada lazımi şəkildə baxış keçirilməyib.

Bu səbəbdən bu gün Nağızadə Nihat Vüqar oğlunun axtarışları üçün, Baş Mil kanalının Füzuli rayonu Böyük Bəhmənli ərazisindəki Birinci Bunkerdə suyun tamamilə qurudulub.
 

Qeyd edək ki, əslən Aşağı Seyidəhmədli kəndindən olan və Zobucuq 4 qəsəbəsində yaşamış 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə iyunun 26-da rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda batmışdı.


Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, həmçinin Mülki müdafiə qoşunlarının qüvvələri yenidən yeniyetmənin meyitinin axtarışlarına başlayıb.

Axtarışlar nəticəsində Nihat Nağızadənin meyiti tapılıb.

Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO - foto 1
Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO - foto 2
Nihatın meyiti iki ay sonra ancaq bu üsulla tapıldı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO