İsmayılovlar ailəsinin həbs tarixçəsi: Anası, bacısı və...

İsmayılovlar ailəsinin həbs tarixçəsi: Anası, bacısı və...

Hazırda oxunan: İsmayılovlar ailəsinin həbs tarixçəsi: Anası, bacısı və...
265576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib. Bu, ifaçı barədə yayılan belə xəbərlərin artıq üçüncü halıdır. Daha əvvəl 2024-cü il aprelin 4-də onun həbs olunduğu iddia edilsə də, müğənni həmin xəbərləri təkzib edərək yalan olduğunu açıqlamışdı.

Bizim.Media xəbər verir ki, oxşar xəbərlər 2023-cü ilin 10 aprel tarixində də gündəmə gəlmiş, lakin təsdiqini tapmamışdı.

Qalmaqallı həbs xəbərləri yalnız müğənni ilə bağlı olmayıb. 2007-ci il avqustun 28-də Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılova insan alveri ittihamı ilə həbs edilmişdi.
 

Daha sonra, 2014-cü il mayın 30-da isə ifaçının bacısı oğlanları - Tural, Turan və İlqar Səfərovlar polis tərəfindən saxlanılmışdı. Onların həbsinə səbəb Çermet qəsəbəsində, 93 saylı məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü ilə qəsəbə sakinləri arasında baş verən davada iştirakları göstərilmişdi.


Qeyd edək ki, adıçəkilən qardaşlar Rəqsanə İsmayılovanın əvvəl həbsdə olan bacısı Ellada İsmayılovanın övladlarıdır. (Yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO