Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir? - FOTO

Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir? - FOTO

Hazırda oxunan: Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir? - FOTO
264099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatala şəhərinin Qaladüzü məhəlləsində bir sıra problemlər sakinləri narahat edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın ən müasir və abad məhəllərindən biri şəhərin yuxarı hissəsində, qayalar üzərində ötən əsrin 70-80-ci illərində inşa edilən Qaladüzü məhəlləsidir.  

Bu məhəllə ondan artıq çoxmərtəbəli yaşayış binalarını əhatə edir və zaman-zaman burada abadlıq-təmir işləri aparılıb.

Lakin yeni problemlər də az deyilmiş. Belə ki, məhələ sakinlərinin ərazinin son vaxtlar baxımsızlığı ilə bağlı giley-güzarı varmış. 

Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir? - FOTO - foto 3

Sakinlərin sözlərinə görə binaların qarşısındakı işıq dirəkləri yararsız vəziyyətə düşüb, gecə məhlədə işıq olmur. Digər tərəfdən uşaqlar üçün yelləncəklər keçən ildən düzəltdirilmək adı ilə aparılıb və hələ də təmir olunub geri gətirilməyib. 

Sakinlər əvvəlki iki məsələnin həllində o qədər də narahat deyillər. Ən başlıcası budur ki, şəhərin ən baxımlı və müasir məhəlləsində günün müxtəlif saatlarında mal-qara peyda olur. Bəzən blokların qarşısına kimi gələn iribuynuzlu heyvanlar azyaşlıların hərəkətinə mane olur. Digər tərəfdən həyət-bacanı peyinləyərək natəmizlik yaradır ki, nəticədə günlərlə yerdən təmizlənmir. 

Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir? - FOTO - foto 4

Məhəllə sakinlərini narahat edən daha bir məsələ həyətdəki su kranlarının susuz qalmasıdır.


Adətən su gələndə onlar özləri həyətdəki ağac və gül kollarını suvarır, oyun və istirahət yerlərinə su səpərək sərinlədirdilər. İndi isə xeyli müddətdir ki, bulağa su gəlmədiyindən sakinlər mərtəbələrdən su gətirərək bu çətin işin öhdəsindən də gəlməyə çalışırlar. 

Qaladüzü məhəllə salkinlərinin qaldırdığı məsələ ilə bağlı şəhər nümayəndəliyindən Bizim.Media-ya bildirildi ki, qeyd edilən faktlar haqda artıq məlumatlıdırlar. Sözügedən məsələlər məhəllə komitə sədr və üzvləri ilə birgə müzakirə olunacaq və mərhələli həlli istiqamətində işlərə başlanacaq. 

Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir? - FOTO - foto 1
Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir? - FOTO - foto 2

Tural Rasimoğlu. Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO