Qələbəmizə kölgə salan Arzu Qeybullayeva kimdir ? - Video

Qələbəmizə kölgə salan Arzu Qeybullayeva kimdir ? - Video

Hazırda oxunan: Qələbəmizə kölgə salan Arzu Qeybullayeva kimdir ? - Video

2638

44 günlük müharibədə xaricdə yaşayan bəzi azərbaycanlılar ölkə və ordu əleyhinə çıxışlar etdilər. Onlardan biri də Arzu Qeybulla adlı xanımdır.

Arzu Qeybulla - Azərbaycanlı jurnalist, bloqçu və sosial media üzrə təlimçidir. Çıxışlarında və yazılarında Azərbaycan ordusu haqqında yalanlar yazır.

Heç bir fakt və sübut olmadan bu xanım, suriyalı məsələsin yazılarında yazır və əks təbliğat aparır bizə qarşı. Guya ki, cəbhədə suriyalılar döyüşür. Müharibə bitib və minlərlə videoya baxmışıq. Amma bütün videolarda Azərbaycanın igid oğlanları var idi.

Çünki başqa heç kim yox idi orda və Azərbaycanın başqa kimlərəsə də ehtiyacı yoxdur. Orda vuruşan və şəhid olan, yaralananlar sadəcə ölkəmizin vətəndaşları, igid kişilərimiz idilər. Müharibə bitti və xanımın heç bir sübutu yoxdur.

Bu videomüsahibədə də erməni jurnalist Alin Oziniyan ilə Azərbaycan əleyhinə danışıb və hətta bəzən fəxr edir Müdafiə Nazirliyi əleyhinə danışanda.

Özü azərbaycanlıdır. Bakıda doğulub. Professor Qeybulla Qeybullayevin qızıdır. İngilis və rus dillərini bilir. Bir müddət ABŞ-da yaşayıb. Hal-hazırda Türkiyədə yaşayır.

Ümid edirik ki, müharibədən sonra orduya, əsgərə ləkə yaxmağa çalışan bu və digər insanlarla bağlı ciddi açıqlamalar olacaq.

Xatırladaq ki, Arzu Qeybulla Türkiyənin İstanbul şəhərində nəşr edilən və bu ölkədə yaşayan ermənilərə məxsus “AGOS” qəzetində uzun müddət çalışıb və Azərbaycan dövlətçilik maraqlarına qarşı məqalələrin müəllifi kimi tanınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO