“Kenquru ətindən dönər hazırlayırlar...”  Dosentdən tələbələrin zəhərlənməsinə reaksiya...

“Kenquru ətindən dönər hazırlayırlar...” Dosentdən tələbələrin zəhərlənməsinə reaksiya...

Hazırda oxunan: “Kenquru ətindən dönər hazırlayırlar...” Dosentdən tələbələrin zəhərlənməsinə reaksiya...

262911
Xəbər verdiyimiz kimi dünən paytaxt Bakıda yeddi tələbə dönərdən zəhərlənib. Tələbələr dərhal Kliniki Mərkəzə yerləşdiriliblər. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov zəhərlənən tələbələrdən ikisinin 17 yaşı olduğu üçün onların Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürüldüyünü bildirib.xa0

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov dönər hazırlayan restoranların bu cür əməllərinə müvafiq qurumların göz yumduğunu bildirdi:

“Ay oğul, dönər yeyiləsi qida deyil, indi onu nə ətindən hazırlamaları haqda da dəqiq məlumat yoxdur. Əvvəllər Hindistandan kenquru əti alıb dönər hazırlayırdılar. Bu gün münafiq qurumlar dönərxanaların fəaliyyəti ilə maraqlanmır, buna göz yumurlar. Köhnə, mənşəyi məlum olmayan ətlərdən hazırlanan dönərdən tələbə də, böyük adamlar da zəhərlənəcək”.xa0

Ekspertlərin sözlərinə görə Bakıda 15 min dönərxana var və onlardan yalnız 100-ə qədəri standartlara uyğun dönər hazırlayır. Bəs görən Qida Təhlükəsizliyi Agentliyi nə vaxt bu cür dönərxalanarın fəaliyyətinə son qoyacaq?xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO