Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO
262456
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.


Bizim.Media xəbər verir ki, Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.

Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.
 

Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.



Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 1
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 2
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 3
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 4
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 5
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 6
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 7
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 8
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 9
Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO