Xəzər sahilinə tullantı atan 55 nəfər cərimə olundu

Xəzər sahilinə tullantı atan 55 nəfər cərimə olundu

Hazırda oxunan: Xəzər sahilinə tullantı atan 55 nəfər cərimə olundu
262443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, Bakı və Sumqayıt şəhərlərində, Xaçmaz və Lənkəran rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması və tullantı sularının kənara təyinatsız axıdılması halları aşkar edilib.
 

Paytaxtın Xəzər, Səbail, Qaradağ, Pirallahı, Suraxanı rayonlarında 25, Sumqayıt, Xaçmaz və Lənkəranda isə 30 nəfərin məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atması, texniki və tullantı sularını kənara təyinatsız axıtması müəyyən edilib.


Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb. Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO