Gürcüstan 36 əcnəbini deportasiya ETDİ - Aralarında azərbaycanlı da var

Gürcüstan 36 əcnəbini deportasiya ETDİ - Aralarında azərbaycanlı da var

Hazırda oxunan: Gürcüstan 36 əcnəbini deportasiya ETDİ - Aralarında azərbaycanlı da var
262420
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə son günlər ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 36 xarici ölkə vətəndaşı deportasiya olunub.

Bizim.Media xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, deportasiya edilən şəxslər Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çin vətəndaşlarıdır.

Onların hər birinə Gürcüstana giriş qadağası qoyulub.
 

Qeyd olunur ki, cari ay ərzində Miqrasiya Departamenti digər aidiyyəti qurumlarla birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə 115 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.


2025-ci ilin ilk yeddi ayında isə deportasiya olunan xarici vətəndaşların ümumi sayı 640 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 233 faiz artım deməkdir.

Miqrasiya Departamenti Gürcüstan daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan əsas məsul orqandır.

Onun səlahiyyətlərinə ölkə ərazisində hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və deportasiya olunması daxildir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO