QAT Qarabağ Komitəsindən çıxmaqla bağlı qərar qəbul etdi
  -FOTOLAR

QAT Qarabağ Komitəsindən çıxmaqla bağlı qərar qəbul etdi -FOTOLAR

Hazırda oxunan: QAT Qarabağ Komitəsindən çıxmaqla bağlı qərar qəbul etdi -FOTOLAR

262301
Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin iclası keçirilib. QAT Ali Məclisinin sədri Barat İmani iclası aparıb. İclasda dövlət himni oxunub, şəhidlərin ruhu yad edilib. İclasın gündəliyi təsdiq edildikdən sonra təşkilati məsələlərə baxılıb,xa0 tanınmış ictimai xadim Nəriman Qəhrəmanlı QAT Ağsaqqallar Şurasına, Qarabağ döyüşçüləri Rövşən Əliyev, Fazil Şahverdiyev, Hürriyət Məmmədov, Aprel döyüşləri qazisi Cavid Həşimov, gənc fəal Elçin Məmmədov QAT Ali Məclisinə üzv seşiliblər.
Sonra QAT sədri Akif Nağı Ali Məclisin 29 dekabr 2018-ci il iclasından sonrakı dövr ərzində görülən işlər və qərarların icrası ilə bağlı məlumat verib, hazırki vəziyyət, Qarabağ Komitəsinə münasibət və təşkilatın cari vəzifələri ilə bağlı geniş məruzə edib. Məruzə ətrafında Barat İmani, Arzu İsmayılov, Elxan Rəhimov, Səyyarə İsmayılova, Tağı Kazımov, Hacıağa Nuri, Cavid Həşimov, Rövşən Fətiyev, Şaiq Süleymanov, Rövşən Əliyev, Svetlana Şamil, Azər Əliyev, Mürsəl Həsənov, Almaz Allahaverdiyeva, Fazil Şahverdiyev, Şakir Abbas, Fəridə Əsgərova və digərləri çıxış edərək fikirlərini, təkliflərini bildiriblər.xa0
Sonda böyük əksəriyyətin səs çoxluğu ilə qəbul edilmiş qərarda göstərilib:
1.QAT sədrinin ötən hesbat dövrü ilə bağlı məlumatı və məruzəsi nəzərə alınsın.
2.Qarabağ Komitəsində QAT sədrinə qarşı hörmətsizlik edildiyini, Komitənin bəzi üzvləri tərəfindən yol verilən siyasi möhtəkirlik meyllərinin güclənməsi və bəzi digər məsələləri əsas götürərək QAT-ın Qarabağ Komitəsində qalması məqsədəuyğun hesab edilməsin.
3.QAT-ın daha geniş və güclü Qarabağ mərkəzinə çevrilməsi istiqamətində fəaliyyət göstərilsin.
4.QAT-ın diaspor təşkilatları ilə əlaqələri genişləndirilsin.
5.Qarabağ - Dünya Azərbaycanlılarının Milli İdeyasıdır platforması geniş şəkildə təbliğ edilsin.
6.İşğalçı Ermənistana qarşı azadlıq müharibəsi ideyası geniş şəkildə təbliğ edilsin.xa0 xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO