Uşaq bağçasında işləmək istəyənlərin NƏZƏRİNƏ

Uşaq bağçasında işləmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Uşaq bağçasında işləmək istəyənlərin NƏZƏRİNƏ
262118
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlanır.

BŞTİ-dən Bizim.Media-ya bildirilib ki, qeydiyyat linki avqustun 7-si saat 12:00-a qədər aktiv olacaq.

Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda, 2023-cü ildə test imtahanında keçid balını toplayan (29 və daha çox) və müsahibəyə qatılmayan namizədlər o şərtlə ki, yeni müsahibəni uğurla keçəcəyi halda iştirak edə bilərlər.

Qeyd edək ki, hər bir namizədin bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var.

Əgər bir namizəd iki və daha artıq sayda qeydiyyatdan keçərsə, keçdiyi son qeydiyyat etibarlı qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO