Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO

Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO
262011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhərinin ikinci ən böyük istirahət zonası olan Heydər Əliyev parkında baş verən son proseslər sakinlərin ciddi narazılığına səbəb olub. Belə ki, isti havada parka pənah gətirən insanlar burada gözlənilməz mənzərə ilə üzləşirlər. Çünki artıq neçə gündür ki, parkda fəaliyyət göstərən kafe və çayxanaların fəaliyyəti məhdudlaşdırılıb. İaşə obyektlərinin ətrafındakı stol və stullar yığışdırılıb.

Qapalı şəraitdə normal xidmət göstərməyə də sahibkarların imkanları çatmır. İaşə obyektlərinin sahibləri Bizim.Media-ya bildiriblər ki, qadağa Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qoyulub.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Eyvaz Qocayev Bizim.Media-ya açıqlamasında səslənən iddiaları təkzib edib:

“Qeyd olunan məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tərfindən heç tapşırıq verilməyib”.

Mövzunu diqqətdə saxlayacağıq...



Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO - foto 1
Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO - foto 2
Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO - foto 3
Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO - foto 4
Sumqayıtın mərkəzi parkında çayxanaların fəaliyyəti QADAĞAN EDİLİB? – FOTO/VİDEO - foto 5

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO