Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO

Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO
261891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu qəzanın baş vermə təfərrüatı ilə maraqlanıb. Hadisə şahidlərinin sözlərinə görə, yol nəqliyyat hadisəsi Köbər kəndi ərazisində qeydə alınıb.
 

Belə ki, “VAZ 2107” markalı minik avtomobili ilə “VAZ 2101” markalı minik avtomobillləri toqquşub. İlkin ehtimala görə, qəzaya səbəb ötmə qaydalarını pozma və qarşıdan gələn avtomobilin yoluna çıxma nəticəsində baş verib. Qəzadan sonra “VAZ 2107” markalı avtomobil zərbənin təsirindən yol kənarındakı çökəkliyə düşüb. Digər avtomobilin isə sürücüsü və bir nəfər sərnişin xəsarət alıblar.


Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının çatdırılıb. Xəstəxanada yaralılar müayindən keşirilib, müalicələri aparılır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.



Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO - foto 1
Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO - foto 2
Şəkidə baş verən qəzanın ilkin TƏFƏRRÜATI açıqlandı - FOTO/VİDEO - foto 3

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO