Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Hazırda oxunan: Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA
261771
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.

Bizim.Media xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü (səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə, faizlə) aşağıdakı kimi olub:

İnformasiya və analitik proqramlar - 23,80%

Musiqi və əyləncə janrında proqramlar - 16,00%

İdman proqramları - 15,80%

Kommersiya materialları (reklamlar, sponsor təqdimatları, teleticarət formatlı materiallar) - 11,60%

Mədəni-maarif janrında proqramlar - 8,40%

Seriallar (xarici istehsal) - 4,40%

Bədii filmlər (xarici istehsal) - 3,80%

Anonslar və yayımçının elanları -3,60%

Sosial yönümlü proqramlar - 3,10%

Seriallar (yerli istehsal) - 2,90%

Sənədli filmlər - 2,60%

Bədii filmlər (yerli istehsal) - 1,90%

Sosial çarxlar - 1,10%

Cizgi filmləri və uşaq proqramları - 1,00%
 

Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.


Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

24,5% - informasiya və analitik proqramlar

16,4% - musiqi və əyləncəli proqramlar

15,8% - idman proqramları

12,0% - bədii filmlər və seriallar

11,8% - reklam məzmunlu materiallar

8,3% - mədəni-maarif janrında proqramlar

3,6% - anonslar, elanlar

3,3% - sosial proqramlar

2,3% - sənədli film və materiallar

1,1% - sosial çarxlar

0,9% - uşaq proqramları və cizgi filmləri

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO